Rusiya xalqı Ukraynanın borclarının ödəniş şəraitinin asanlaşdırılması ilə müxalifdir
Noy 06, 2015 15:53 Asia/Baku
-
Rusiya xalqı Ukraynanın borclarının ödəniş şəraitinin asanlaşdırılması ilə müxalifdir
Bir rəy sorğusunun nəticələri Rusiya xalqının Ukraynanın borclarının ödəniş şəraitinin asanlaşdırılması ilə müxalif olmasından xəbər verir.
TASS xəbər agentliyinin məlumatına görə, Rusiya Ümumi Fikrinin Araşdırma Mərkəzinin keçirdiyi rəy sorğusunun nəticələrinə görə, bu ölkə xalqının yetmiş doqquz faizi Ukraynanın öz borclarını təyin olunmuş vaxtda Moskvaya ödəməsini istəyir.Respondentlərin təkcə on beş faizi Rusiyanın Ukraynadan öz tələbini alması zamanının təxirə salınmasını dəstəkləyir.
Bu rəy sorğusu oktyabrın sonunda və Rusiyanın 46 məntəqəsindən olan 1600 nəfərin iştirakı ilə keçirilib.
Kiyev Moskvaya olan üç milyard dollarlıq borcunun ödəniş şəraitinin dəyişdirilməsini istəyir, lakin Rusiya bu xahişi indiyədək rədd edibdir.
Teqlər