Türkiyə polisinin PKK-nın gənclər qolu əleyhinə əməliyyatı
https://azeri.sahartv.ir/news/dünya-i199576-türkiyə_polisinin_pkk_nın_gənclər_qolu_əleyhinə_əməliyyatı
Türkiyə polisi PKK-nın gənclər qoluna qarşı geniş əməliyyatlara başlayıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Noy 14, 2015 11:33 Asia/Baku
  • Türkiyə polisinin PKK-nın gənclər qolu əleyhinə əməliyyatı
    Türkiyə polisinin PKK-nın gənclər qolu əleyhinə əməliyyatı

Türkiyə polisi PKK-nın gənclər qoluna qarşı geniş əməliyyatlara başlayıb.

Dünya Bülleteni informasiya portalının verdiyi məlumata görə, Türkiyə polisi cümə günündən etibarən İstanbulun müxtəlif məntəqələrində PKK-nın gənclər qolu olan YDG-H əleyhinə geniş əməliyyatlara başlayıb.
Bu əməliyyatlar zamanı Türkiyə ordusu xüsusi təyinatlıları polis qüvvələrinə dəstək verib.
Bu məlumata görə, əməliyyatın başlanmasından bəri YDG-H üzvlərindən olan bir qrup gənc həbs edilib. Amma, hələ ki, saxlanılanların dəqiq sayı barədə məlumat verilmir.
Türkiyə polisinin PKK-nın gənclər qoluna qarşı əməliyyatı hələ də davam edir.
Polis əməliyyatın detallarına aydınlıq gətirmir.