İŞİD-ə qoşulan çeçenlərin siyahısı açıqlanıb
https://azeri.sahartv.ir/news/dünya-i199688-İŞİd_ə_qoşulan_çeçenlərin_siyahısı_açıqlanıb
Çeçenistan prezidenti İŞİD-ə qoşulan çeçenlərin sayını açıqlayıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Noy 17, 2015 06:42 Asia/Baku
  • İŞİD-ə qoşulan çeçenlərin siyahısı açıqlanıb
    İŞİD-ə qoşulan çeçenlərin siyahısı açıqlanıb

Çeçenistan prezidenti İŞİD-ə qoşulan çeçenlərin sayını açıqlayıb.

"Sputnik news" xəbər verir ki, Çeçenistan prezidenti Ramazan Kadırov bazar günü verdiyi açıqlamada deyib: "Əldə etdiyimiz kəşfiyyat məlumatlarına görə, Çeçenistan Respublikasından indiyə qədər təxminən 480 nəfər İŞİD-ə qoşulub və onlardan təxminən 200-ə qədəri öldürülüb. İndiyə kimi o təşkilata qoşulan 47 gənci geri qaytara bilmişik."
Rusiya Federal Təhlükəsizlik Xidməti də Rusiyadan 2400 Rusiya vətəndaşının İŞİD terror təşkilatına qoşulduğu məlumatını yayıb.