Parisdə təftişlər artıb
https://azeri.sahartv.ir/news/dünya-i199693-parisdə_təftişlər_artıb
Fransanın daxili işlər naziri Parisdə təftişlərin artmasından xəbər verib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Noy 17, 2015 10:38 Asia/Baku
  • Parisdə təftişlər artıb
    Parisdə təftişlər artıb

Fransanın daxili işlər naziri Parisdə təftişlərin artmasından xəbər verib.

Frans-Press-in məlumatına görə, Fransanın daxili işlər naziri Bernard Kazanou ötən gecə Parisdə aparılmış 128 təftiş halından xəbər verib.
Fransanın daxili işlər naziri təsdiq edib ki, Paris terror hücumları haqda təhqiqatların davamında və fövqəladə vəziyyətin elan olunması çərçivəsində təkcə bir gecədə Fransa paytaxtında 128 halda təftiş aparılıb.
Fransanın daxili işlər naziri bazar ertəsi günü bütün Fransada təftiş hallarının sayını 168 hal elan etmişdi ki, bu təftişlərdə 31 hərbi silah aşkarlanmışdı.
Bernard Kazanou həmçinin Paris terror hücumlarında əlbir olmaqda şübhəli bilinən 104 nəfərin ev dustağı edilməsi, 23 nəfərin də həbs olunmasından xəbər vermişdi.
Fransa başçıları Paris terror hücumlarından sonra fövqəladə vəziyyəti daha on iki gün uzadıblar.