Amerikada hava limanları işçiləri tətil aksiyası keçirirlər
Noy 19, 2015 15:16 Asia/Baku
Amerikada iri hava limanlarının işçiləri əmək haqlarının az olmasına etiraz olaraq, tətil aksiyası keçirirlər.
NBC Nyus telekanalı bildirir ki, bəzi iri hava limanlarının 2000-ə yaxın işçisi çərşənbə günü axşam əmək haqlarının azlığına etiraz olaraq tətil aksiyasına başlayıb.Xidmət Sektoru Beynəlxalq Birliyi öz internet səhifəsində bildirib ki, ABŞ-ın Nyu-York, Çikaqo və Boston kimi iri şəhərləri də daxil olmaqla 7 iri hava limanı işçiləri, bu hava limanlarına gedən xiyabanda aksiya keçirirlər.
Aksiya iştirakçıları həmçinin, etiraz haqlarının qorunmasını və sahibkarların podratçı şirkətlərə qarşı cəza tədbirlərinin önlənilməsini istəyiblər.
Amerikada iri hava limanlarının xidmət sektoru işçilərinin bu etiraz aksiyası "Şükranlıq" bayramı ərəfəsinə təsadüf edir. Bu bayram ərəfəsində Amerikada səfərlər ən pik həddə olur.