Fransa prezidenti İŞİD-ə qarşı hücumların artırılmasını istədi
Noy 20, 2015 13:12 Asia/Baku
-
Fransa prezidenti İŞİD-ə qarşı hücumların artırılmasını istədi
Fransa prezidenti Fransua Olland Suriya və İraqda İŞİD-ə qarşı hava hücumlarının daha da gücləndirilməsi haqda göstəriş verib.
Fransa xəbər agentliyinin verdiyi məlumata görə, Fransa Prezident Administrasiyası cümə axşamı bir bəyanat yayıb: "Fransua Olland Suriya və İraqda İŞİD-ə qarşı hücumların artırılması barədə göstəriş verib".Fransa cümə günü Parisdə törədilən terror hücumlarının ardınca Suriyada İŞİD-in mövqelərinə qarşı hücumlarını artırıb.
Fransa bu gün Təhlükəsizlik Şurasının üzvləri arasında bir qətnamə layihəsi paylayıb. Bu qətnamə layihəsində bütün ölkələrdən İŞİD-ə qarşı savaşa qoşulmaları istənilir.