Yunanıstan və Makedoniya sərhədlərində gərginlik yüksəlir
Noy 23, 2015 10:18 Asia/Baku
Makedoniya-Yunanıstan sərhədində mühacirlər ilə polis arasında gərginlik artır.
Röyters-in məlumatına görə, Makedoniyanın bazar günü sadəcə Suriya, İraq və Əfqanıstandan olan mühacirlər üçün keçid icazəsi verməsinin ardınca, digər ölkələrdən olan mühacirlər etiraz etməyə başlayıblar.Bu mühacirlər Yunanıstan-Makedoniya sərhədində bir müddət gözlədikdən sonra, Makedoniya dövlətinin siyasətlərinə etiraz edərək, sərhədlərin açılmasını istəyiblər.
Gərginliyin artmasının ardınca, mühacirlər ilə polis əməkdaşları arasında qarşıdurma yaranıb.
Sloveniyanın artıq qanunsuz mühacirlərə bu ölkə sərhədlərindən keçmək icazəsi verməyəcəyini elan etməsinin ardınca, Xorvatiya, Serbiya və Makedoniya da mühacirlərin sayının sürətlə artmasından nigaran olaraq, oxşar addım atıblar.