Rusiya Müdafiə Nazirliyi bu ölkə qırıcısının Suriyada vurulması barədə bəyanat yaydı
https://azeri.sahartv.ir/news/dünya-i199990-rusiya_müdafiə_nazirliyi_bu_ölkə_qırıcısının_suriyada_vurulması_barədə_bəyanat_yaydı
Rusiyanın Müdafiə Nazirliyi bu ölkə qırıcısının Suriyada vurulması ilə bağlı açıqlama verib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Noy 24, 2015 13:53 Asia/Baku
  • Rusiya Müdafiə Nazirliyi bu ölkə qırıcısının Suriyada vurulması barədə bəyanat yaydı
    Rusiya Müdafiə Nazirliyi bu ölkə qırıcısının Suriyada vurulması barədə bəyanat yaydı

Rusiyanın Müdafiə Nazirliyi bu ölkə qırıcısının Suriyada vurulması ilə bağlı açıqlama verib.

Rusiya əl-Yəum informasiya kanalının verdiyi məlumata görə, Rusiya Müdafiə Nazirliyi bildirib ki, Suriya-Türkiyə sərhəd məntəqəsində süqut edən qırıcı təyyarə Rusiyaya aid olub və bu təyyarə bir Su-24 qırıcısıdır.
Bu məlumata görə, bu qırıcı Suriya üzərində uçuş həyata keçirirmiş və Türkiyənin hava sərhədlərini pozmayıb.
Rusiya Müdafiə Nazirliyi bu təyyarənin 6000 fut hündürlükdə uçduğu zaman Hava Hücumundan Müdafiə qurğuları vasitəsilə vurulduğunu bildirib.
Rusiya Müdafiə Nazirliyi hadisənin detallarını araşdırmaqla məşğul olduğunu bildirib.