Rusiya Türkiyənin kənd təsərrüfatı məhsullarını boykota başladı
Noy 26, 2015 06:21 Asia/Baku
-
Rusiya Türkiyənin kənd təsərrüfatı məhsullarını boykota başladı
Rusiyanın kənd təsərrüfatı naziri Türkiyədən idxal olunan pomidorun boykot edilməsi və İran və Mərakeş məhsullarının ona əvəzedici edilməsini istəyib.
Səhər Beynəlxalq Televiziyasının məlumatına görə, Türkiyənin F-16 qırıcı təyyarələrinin Rusiyanı qırıcı təyyarəsini vurmasından bir gün sonra Aleksandr Tokaşev ticarət məhsulları məsələsini diqqət mərkəzinə çıxarıb və Türkiyənin kənd təsərrüfatı məhsullarının boykot edilməsini istəyib.Əl-Məyadinin məlumatına görə, rus nazir kənd təsərrüfatının ən çox istifadə olunan məhsulu yəni Türkiyə pomidorunun idxalının dayandırılmasını istəyib və təklif edib ki, ölkənin daxili bazar istehlakı İran və Mərakeşdən idxalla təmin edilsin.
Rusiya və Türkiyə hər ikisi Ümumdünya Ticarət Təşkilatının üzvüdür və qaydalar çərçivəsində bir-birinin məhsullarını boykot etməkdən çəkinməlidirlər. Lakin Rusiya Ukrayna böhranından, Türkiyənin Ankaranın qoşulmağı arzuladığı Avropa Birliyinin göstərişlərini yerinə yetirməsindən sonra və rusların etiraz və şikayətlərinin nəticəsiz qalması ardınca, siyasi sanksiyalara başlayıb.
Ukrayna bölgədə kənd təsərrüfatı və heyvandarlıq məhsullarının əsas ixracatçılarından biridir. Moskva-Kiyev əlaqələrindəki böhrandan sonra, Rusiya öz daxili istehlakını təmin etmək üçün Türkiyə kimi digər təminatçılara üz tutub. Yerini guya İranla dəyişməsi qərara alınmış Türkiyə.
Teqlər