Davudoğlu: Rusların bəyanat verdiyi zamana qədər təyyarənin onlara aid olduğunu bilmirdik
Noy 26, 2015 06:24 Asia/Baku
-
Davudoğlu: Rusların bəyanat verdiyi zamana qədər təyyarənin onlara aid olduğunu bilmirdik
Türkiyə baş naziri deyib: Təyyarənin vurulması barədə rusların bəyanat verdiyi zamana qədər bu təyyarənin onlara aid olduğunu bilmirdik.
Səhər Beynəlxalq Televiziyasının Associated Pressə istinadla verdiyi məlumata görə, Əhməd Davudoğlu Türkiyə parlamentində etdiyi çıxışında deyib: Təyyarənin Rusiya Federasiyasına aid olması reallığını Rusiya rəsmilərinin bəyanatlarından sonra bildik. Mən bu məsələni vurğulamalıyam ki, təyyarəyə Türkiyə hava zolağını pozduğu zaman atəş açıldı.Davudoğlu iddia edib ki, Ankara qanunlar çərçivəsində bütün tərəflərə şəffaf şəkildə Suriya tərəfindən öz hava zolağının pozulması barəsində məlumat vermişdir.
Teqlər