Türkiyə prezidenti rus həmkarı ilə görüşə hazır olduğunu bildirdi
Noy 27, 2015 16:13 Asia/Baku
-
Türkiyə prezidenti rus həmkarı ilə görüşə hazır olduğunu bildirdi
Türkiyə tərəfindən rus qırıcısının vurulmasına görə, Rusiya xalqı və rəsmlərinin qəzəbləndiyi bir halda, Türkiyə prezidenti açıq-aşkar geri çəkilmədə Rusiya prezidenti ilə görüşə hazır olduğunu bildirib.
Səhər Beynəlxalq Televiziyasının əl-Cəzirə telekanalına istinadla verdiyi məlumata görə, Rəcəb Tayyib Ərdoğan cümə günü Bayburt vilayətində bir neçə projenin açılış mərasimində etdiyi çıxışında deyib ki, Moskva ilə gərginliyi azaltmaq üçün Rusiya prezidenti Vladimir Putinlə görüşməyə hazırdır.Ərdoğan bir daha iddia edib ki, Türkiyə Rusiya qırıcısını çərşənbə axşamı günü bir neçə dəfə xəbərdarlıqdan sonra vurub. Çünki Rusiya təyyarəsi Türkiyənin hava zolağını pozmuşdu.
Türkiyə prezidenti həmçinin iddia edib ki, Suriyanın hazırkı quruluşu qeyri-qanunidir. Çünki 360 mindən çox mülki vətəndaşı öldürüb.
Rəcəb Tayyib Ərdoğanın bu iddiası ilə yanaşı qeyd edək ki, ekspertlərin qənaətincə, qərb ölkələri və həmçinin Türkiyə, Ərəbistan və İsrail rejimi Suriya və İraqda İŞİD kimi terrorçu və təkfiçi qruplaşmaları maliyyə və hərbi cəhətdən dəstəkləyərək bu iki ölkədə minlərlə günahsız insanın qətlə yetirilməsində əsaslı rola malikdirlər.
Bundan öncə Rusiya prezidenti bildirmişdi ki, rus qırıcısı Türkiyənin hava zolağını pozmayıb və bu qırıcı təyyarə Suriya ərazisində Amerikanın əməkdaşlığı ilə Türkiyə ordusu tərəfindən öncədən tənzimlənən proqrama əsasən hədəfə alınıb.
Suriya ərazisində Türkiyə ordusunun rus qırıcı təyyarəsini vurması Rusiya xalqı və rəsmilərini qəzəbləndirib və Moskva bunun əvəzini çıxmaqla bağlı xəbərdarlıq edib.
Teqlər