Kremlin Türkiyəyə qarşı sanksiyaları
https://azeri.sahartv.ir/news/dünya-i200178-kremlin_türkiyəyə_qarşı_sanksiyaları
Kreml sarayı Rusiya prezidentinin Türkiyə əleyhinə sanksiyaların tətbiq edilməsi üzrə fərmanının mətnini yayımlayıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Noy 29, 2015 06:48 Asia/Baku
  • Kremlin Türkiyəyə qarşı sanksiyaları
    Kremlin Türkiyəyə qarşı sanksiyaları

Kreml sarayı Rusiya prezidentinin Türkiyə əleyhinə sanksiyaların tətbiq edilməsi üzrə fərmanının mətnini yayımlayıb.

İRİB-nin məlumatına görə, Türkiyənin Suriya ilə sərhəd məntəqədə Rusiyanın bir ədəd Su-24 hərbi təyyarəsini vurmasının ardınca Vladimir Putin bir fərman imzalayaraq, Türkiyə əleyhinə sanksiyalar tətbiq edib.
Bu fərmanda deyilir: Bu qərarlar Rusiyanın milli təhlükəsizliyini təmin etmək, Rusiya vətəndaşlarını cəza tədbirləri və ya digər qeyri-qanuni hərəkətlər qarşısında qorumaq və Türkiyə əleyhinə xüsusi iqtisadi tədbirlərin görülməsi üçün nəzərdə tutulub.
Türkiyə məhsullarının Rusiyaya gətirilməsinin məhdudlaşdırılması , Türkiyə vətəndaşlarının Rusiyada işə götürülməsinin qadağan edilməsi, Türkiyə vətəndaşlarının pasportsuz Rusiyaya səfər etmələrinin qadağan edilməsi, Rusiya ərazisində fəaliyyət göstərən Türkiyəyə məxsus nəqliyyat şirkətlərinin işlərinə nəzarətin gücləndirilməsi Moskvanın Ankaraya qarşı sanksiyalarının bir hissəsini təşkil edir.
Rusiya prezidentinin bu fərmanı yayımlandığı gündən qüvvəyə minmiş sayılır və ləğv olunmadığı zamana kimi icra ediləsidir.