Türkiyə rus pilotun cəsədini Rusiyaya təhvil verib
https://azeri.sahartv.ir/news/dünya-i200238-türkiyə_rus_pilotun_cəsədini_rusiyaya_təhvil_verib
Türkiyə bu ölkə ordusunun F-16 qırıcılarının hücumunda hərbi təyyarəsinin vurulmasından sonra Suriyadakı silahlı şəxslər tərəfindən öldürülmüş rus pilotun cəsədini Rusiyaya təhvil verib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Noy 30, 2015 08:25 Asia/Baku
  • Türkiyə rus pilotun cəsədini Rusiyaya təhvil verib
    Türkiyə rus pilotun cəsədini Rusiyaya təhvil verib

Türkiyə bu ölkə ordusunun F-16 qırıcılarının hücumunda hərbi təyyarəsinin vurulmasından sonra Suriyadakı silahlı şəxslər tərəfindən öldürülmüş rus pilotun cəsədini Rusiyaya təhvil verib.

Ələrəbiyyə-nin məlumatına görə, Türkiyə bu gün rus pilotun cəsədini Rusiyanın Ankaradakı səfirliyinin hərbi attaşesinə təhvil verib.
Türkiyə bundan öncə bildirimişdi ki, bu pilotun cəsədi onun hərbi təyyarəsinin vurulmasından sonra Türkiyənin cənubundakı Hatay məntəqəsinə köçürülüb.
Türkiyə bu rus pilotun cəsədinin Suriyanın şimalındakı silahlı qruplardan təhvil alınması tərzi barədə artıq detallara toxunmayıbdır.