İŞİD bir rus girovun başını kəsib
Dek 03, 2015 09:23 Asia/Baku
-
İŞİD bir rus girovun başını kəsib
Terrorçu İŞİD qrupu bir video yaıyıbdır ki, onda, rusların dağıdıcı hücumlarının əvəzində bir rusiya əslli İŞİD-çi tərəfindən bir rus girovun başının kəsilməsi göstərilir.
Bu videonun əvvəlində ölümə məruz qalan 23 yaşlı Maqomed Xasyov deyir ki, Qroznı əhalisindəndir və Rusiyanın Təhlükəsizlik Təşkilatına işə götürüldükdən sonra İŞİD-dən casusluq etmək üçün Türkiyə vasitəsilə Suriyaya gəlibdir.Bu videonun son anlarında zahirən ruslara bənzəyən bir terrorçu Rusiya hökumətini öz torpağında hücumla hədələyir, sonra da Qroznıdan olan casusun başını kəsir.
Moskva hələ bu videonun düzgünlüyü və onda deyilən sözlərin düz və yalan olmasını təsdiq və ya təkzib etməyibdir.