Rusiya prezidenti Türkiyəyə yenidən xəbərdarlıq etdi
Dek 03, 2015 14:22 Asia/Baku
-
Türkiyə
Rusiya prezidenti Türkiyəyə bir daha xəbərdarlıq edib ki, rus qırıcısının vurulması barədəki son hərəkətindən peşman olacaq.
Səhər Beynəlxalq Televiziyasının Röyters İnformasiya Agentliyinə istinadla verdiyi məlumata görə, Rusiya prezidenti Vladimir Putin bu gün bu ölkə xalqı üçün etdiyi illik çıxışında Ankaranın terrorçulara köməyini Moskvanın görməməzliyə vurmayacağını bəyan edərək deyib: Türkiyə bu ölkə Suriya arasında sərhəd yaxınlığında Suriya təyyarəsinin vurulmasına dair bir dəfədən çox peşman olacaq.Putin açıq-aşkar qərbi hədəfə aldığı məsələyə diqqət çəkərək bildirib: Ölkələr terrorçuluq məsələləri barəsində ikili standartlardan istifadə etməməli və yaxud öz ehtiyaclarını təmin etmək üçün terrorçu qruplardan yararlanmamalıdırlar.
Rusiyanın Su-24 qırıcı təyyarəsi Suriyada sərhəd məntəqəsində və Türkiyə sərhədi yaxınlığında bu ölkə tərəfindən vurulub.
Rusiya prezidenti Vladimir Putinin dediyinə görə, təyyarə hava-hava raketi ilə vurulub.
Rusiya Xarici İşlər Nazirliyi Türkiyənin rus qırıcısını Suriyada vurmasına reaksiyada Strateji Şura çərçivəsində iki ölkə xarici işlər nazirlərinin iclasını ləğv edib və rus vətəndaşlarının Türkiyəyə səfərini qadağan edib.
Teqlər