Türkiyə və Rusiya arasında Türk Axını barədə danışıqlar təxirə salındı
Dek 03, 2015 14:29 Asia/Baku
-
Türkiyə və Rusiya arasında Türk Axını barədə danışıqlar təxirə salındı
Rusiyanın energetika naziri Moskva və Ankaranın Türk Axını qaz boru kəməri barəsində danışıqlarının təxirə salındığını bildirib.
Səhər Beynəlxalq Televiziyasının Fransa İnformasiya Agentliyinə istinadla verdiyi məlumata görə, Rusiyanın energetika naziri Aleksandr Novak cümə axşamı günü bildirib: Türkiyənin Rusiya qırıcı təyyarəsini vurmasından sonra əlaqələrində açıq-aşkar gərginliklə üzləşən Moskva və Ankara Türkiyənin qaz ehtiyacları və sonda Avropanın cənubunu təmin etmək məqsədini daşıyan Türk Axını qaz boru kəməri layihəsi üzrə danışıqları təxirə salıblar.Türk Axını qaz boru kəməri layihəsi 2014-cü ilin sonlarında Sovet Axını layihəsinə gözlənilməz şəkildə göz yumulduqdan sonra elan olunub.
Avropa Birliyi Rusiya böhranına görə, Sovet Axını layihəsini dayandırıb.
İlkin layihəyə əsasən, işlərə 2015-ci ilin ortalarından başlanması və ilk ixraca 2016-cı ilin sonlarından start verilməsi proqnoz olunurdu. Sonda isə bu layihənin həcmi diqqəti cəlb edəcək dərəcədə artırılaraq ildə 63 milyard kubmetr qaza çatmalı idi.
Rusiyanın QazProm Şirkəti Rusiya qazının Ukrayna yerinə Avropaya nəqli üçün Türk Axını vasitəsi ilə Türkiyəni əsas ölkəyə çevirmək niyyətində idi.
Teqlər