Dek 06, 2015 09:56 Asia/Baku
  • Rusiya ABŞ-dan İŞİD neftinin Türkiyəyə daşınması əməliyyatının izlənilməsini istədi
    Rusiya ABŞ-dan İŞİD neftinin Türkiyəyə daşınması əməliyyatının izlənilməsini istədi

Rusiyanın Müdafiə Nazirliyi ABŞ-a İŞİD neftinin Suriyadan Türkiyə ərazisinə qaçaq edilməsi məsələsinə aydınlıq gətirmək üçün öz pilotsuz uçan aparatlarından istifadə etməsini təklif edib.

Sputnik informasiya agentliyinin verdiyi məlumata görə, Rusiya Müdafiə Nazirliyinin mətbuat katibi İqor Konaşenkov şənbə günü deyib: ABŞ pilotsuz uçan aparatlarından istifadə edərək, İŞİD-in qaçaq yolla Suriyadan Türkiyəyə neft köçürməsini müşahidə və qeydə ala bilər.
Konaşenkov daha sonra deyib: ABŞ bu məsələyə aydınlıq gətirmək üçün lazım olan bütün kəşfiyyat təchizatlarına malikdir və İŞİD-in qaçaq yolla Türkiyəyə neft köçürməsini izləyərək, görüntülərini çəkə bilər.
Rusiya Müdafiə Nazirliyindən gələn bu təklif Türkiyənin İŞİD-dən neft alması ilə bağlı Moskvanın iddialarının Vaşinqton tərəfindən rədd edilməsinin ardınca irəli sürülüb.
Rusiya Müdafiə Nazirliyi çərşənbə günü peyk vasitəsi ilə çəkilmiş fotoşəkillər yayımlayaraq, bu fotoşəkillərdə müşahidə olunan neft tankerlərinin İŞİD-ə aid olduğunu və Türkiyəyə neft daşıdığını iddia edib.

Teqlər