Rusiya İŞİD-ə sualtı qayıqlardan zərbələr endirməyə başladı
https://azeri.sahartv.ir/news/dünya-i200585-rusiya_İŞİd_ə_sualtı_qayıqlardan_zərbələr_endirməyə_başladı
Rusiyanın müdafiə naziri Sergey Şoyqu çərşənbə axşamı deyib: Rusiya ilk dəfə olaraq Suriyada İŞİD-in mövqelərinə Aralıq dənizindəki bir sualtı qayıqdan raket zərbələri endirib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Dek 09, 2015 06:25 Asia/Baku
  • Rusiya İŞİD-ə sualtı qayıqlardan zərbələr endirməyə başladı
    Rusiya İŞİD-ə sualtı qayıqlardan zərbələr endirməyə başladı

Rusiyanın müdafiə naziri Sergey Şoyqu çərşənbə axşamı deyib: Rusiya ilk dəfə olaraq Suriyada İŞİD-in mövqelərinə Aralıq dənizindəki bir sualtı qayıqdan raket zərbələri endirib.

Röyters bildirib ki, Sergey Şoyqu Rusiya prezidenti Vladimir Ptin ilə görüşdə deyib: Bu mövqelər İŞİD-in Rəqqədəki iki böyük bazası olub.

S.Şoyqu əlavə edib: Tam qətiyyətlə bəyan edirəm ki, İŞİD-in böyük bir silah anbarına, mina istehsal edən bir emalatxanasına və neft təsisatlarına ciddi zərər və ziyanlar vurulub.

Şoyqu həmçinin deyib: Ötən 3 gün ərzində Rusiya qırıcıları 300 uçuş həyata keçirib və müxtəlif formalarda olan 600 hədəfə zərbələr endiriblər.

Rusiyanın müdafiə naziri həmçinin qeyd edib ki, prezident Putinin qərarına əsasən Rusiya bombardmançıları qırıcı təyyarələr ilə müşayiət edilir.