Dek 09, 2015 09:59 Asia/Baku
  • Putin göstəriş verdi: Düşürülmüş Rusiya təyyarəsinin qara qutusu araşdırılsın
    Putin göstəriş verdi: Düşürülmüş Rusiya təyyarəsinin qara qutusu araşdırılsın

Rusiya prezidenti Moskvanın Türkiyə tərəfindən vurulan qırıcı təyyarənin qara qutusunun tapılmasından xəbər verərək, qara qutunun beynəlxalq mütəxəssislərlə birlikdə araşdırılacağından xəbər verib.

Fransa xəbər agentliyinin verdiyi məlumata görə, Vladimir Putin çərşənbə axaşmaı deyib: Qara qutunun araşdırılması ilə təyyarənin dəqiq uçuş rotası və vurulduğu zaman yerləşdiyi mövqe müəyyən ediləcək.

V.Putin həmçinin xəbərdarlıq edərək deyib: Qara qutudan əldə ediləcək məlumatlar Rusiyanın Ankaraya qarşı qəzəbini soyutmuş olmayacaq.

Rusiyanın müdafiə naziri Sergey Şoyqu da deyib: Rusiya təyyarəsinin vurulduğu ərazi Suriya qüvvələri tərəfindən azad edilmiş məntəqə olub və bu məsələ onlara qiyamçıların nəzarəti altında olan ərazilərdə qara qutunu tapmalarına kömək edib.

Türkiyə 24 noyabr tarixində Rusiyanın bir ədəd Su-24 bombardmançı təyyarəsini Suriya-Türkiyə sərhədində vuraraq, yerə salıb.

Teqlər