Ukrayna toqquşmalarında 9 mindən çox insan öldürülüb
https://azeri.sahartv.ir/news/dünya-i200616-ukrayna_toqquşmalarında_9_mindən_çox_insan_öldürülüb
BMT Ukraynanın şərqində qanlı toqquşmaların başlanmasından bəri 9 mindən çox insanın öldürülməsindən xəbər verib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Dek 09, 2015 14:12 Asia/Baku
  • Ukrayna toqquşmalarında 9 mindən çox insan öldürülüb
    Ukrayna toqquşmalarında 9 mindən çox insan öldürülüb

BMT Ukraynanın şərqində qanlı toqquşmaların başlanmasından bəri 9 mindən çox insanın öldürülməsindən xəbər verib.

Press TV-nin məlumatına görə, BMT-nin İnsan Haqları Ali Komissarlığı bir hesabatda bildirib ki, bu müddətdə mülkilər daxil olmaqla Ukraynada 9 min 98 nəfər öldürülüb və 20 min 732 nəfər də yaralanıbdır.

Bu məlumata görə, bu tələfat statistikasının 52%-i mina və digər partlayıcı maddələrin partlaması nəticəsində olub.

BMT-nin İnsan Haqları Ali Komissarlığı bu toqquşmanın iki tərəfindəki məntəqələrdə mina təmizlənməsi üçün təcili addımların atılmasını istəyib.

Eyni zamanda, BMT-nin İnsan Haqları ali komissarı Zəyd Rəəd Zəyd Əlhusəyn bir bəyanatda xəbərdarlıq edib ki, Ukrayna vətəndaşlarından bir çoxu son dərəcə çətin şəraitdə yaşayır.

Ukraynanın şərqi 2014-cü ilin aprelindən bəri bu ölkə ordusu ilə silahlı müxaliflərin döyüş səhnəsidir.