Moskva Türkiyənin İŞİD-dən neft almasının uzun keçmişi olduğunu deyir
-
Moskva Türkiyənin İŞİD-dən neft almasının uzun keçmişi olduğunu deyir
Rusiya xarici işlər naziri deyib: Moskva artıq bir müddətdir ki, İŞİD-in neft ticarətində Türkiyənin əli olması barədə məlumatlara malikdir.
Sputnik informasiya agentliyinin verdiyi məlumata görə, Rusiya İŞİD-in neft ticarəsində Türkiyənin əlinin olması ilə bağlı faktları son günlərdə açıqlamasına baxmayaraq, Rusiya xarici işlər naziri Sergey Lavrov çərşənbə günü iddia edib ki, Moskva hələ bir müddət öncədən bu məsələdən agah olub və Rusiya son günlərə qədər Ankaranın bu işdə bu qədər ciddi olduğuna inanmaq istəməyib.
S.Lavrov İtaliyan mediası ilə müsahibədə deyib: Moskva hələ öncədən terrorçuların ticarət və neft qaçaqçılığı habelə, terrorçulara silah çatdırılması üçün Türkiyə ərazisindən necə istifadə etmələri barədə məlumata malik olub.
İŞİD-in terror aktlarının dünya səviyyəsində genişlənməsinin ardınca diqqətlər bu qruplaşmanın maliyyə qaynaqlarının aşkar edilməsi məsələsinə yönəlib.
Bu qruplaşma İraq və Suriyanın neft yataqlarından çıxarılan neftdən gündəlik olaraq 3 milyon dollar gəlir əldə edir.
Rusiya cari ayın əvvəllərində bildirdi ki, peykdən çəkilmiş fotoşəkillərə görə, İŞİD-in çıxartdığı neft Türkiyə yolu ilə qaçaq edilir.
Ankara İŞİD-in neft qaçaqçılığında rolu olması ilə bağlı səsləndirilən iddiaları rədd edir.