Putin Suriyada terrorçulara hücumların artırılmasına göstəriş verdi
-
Putin Suriyada terrorçulara hücumların artırılmasına göstəriş verdi
Rusiya Federasiyası prezidenti Vladimir Putin bu ölkə Silahlı Qüvvələrinin Suriyada terrorçuların mərkəzlərinə hücumları artırmasını göstəriş verib.
Səhər Beynəlxalq Televiziyasının İRNA-ya istinadla verdiyi məlumata görə, Putin cümə günü Rusiya Müdafiə Nazirliyinin rəhbərliyi və yüksək səviyyəli rəsmilərinə göstəriş verib ki, Rusiyanın Suriyadakı Silahlı Qüvvələrinə təhdid hesab oluna biləcək istənilən terror məqsədini məhv etsinlər.
Putin deyib: Göstəriş verirəm ki, sərtliklə addım atılsın. Rusiya Silahlı Qüvvələri və yaxud bizim yer obyektlərimizi hədələyən istənilən hədəfi məhv edin.
Rusiya prezidenti deyib: Suriyada terrorçular Rusiya üçün birbaşa təhdid hesab olunurlar və Rusiya Silahlı Qüvvələrinin Suriyadakı addımları əsassız və xəyali mənafe ilə atılmır. Əksinə məqsəd ölkəni müdafiə etməkdir.
Rusiya prezidenti hazırkı şəraitdə ölkəsinin hərbi prioritetini strateji atom qüvvəsi və aeronavtika proqramlarının gücləndirilməsi adlandırıb və xatırladıb: Proqramlarda proqnoz etdiyimiz kimi, Rusiyanın üçlü atom qüvvəsini ən modern silahlarla təchiz etməli və raket radarı sisteminin yararlılığını yüksəltməliyik.
Rusiya 70 gündən çoxdur ki, Suriyada terrorçulara qarşı hava və raket əməliyyatı həyata keçirir. Bu məqsədlə 60-dan hərbi təyyarəsi və bir neçə gəmi və sualtı gəmidən istifadə edib.
Rusiya Silahlı Qüvvələri bu müddət ərzində Suriyanın müxtəlif bölgələrində qərb və bəzi ərəb ölkələrinin dəstəklədiyi terrorçular, əsasən də İŞİD terror qruplaşmasının 8 mindən çox mərkəzini məhv edib.