Dek 11, 2015 20:19 Asia/Baku
  • 1 ayda Amerikanın 65 milyard dollarlıq büdcə kəsiri
    1 ayda Amerikanın 65 milyard dollarlıq büdcə kəsiri

ABŞ-ın Xəzinədarlıq Nazirliyi bildirib: Amerikanın federal büdcəsinin noyabr ayında 65 milyard dollar kəsiri olub. Bu da ötən ilin oxşar dövrü ilə müqayisədə 15% artımın olduğunu göstərir.

Səhər Beynəlxalq Televiziyasının Röyters İnformasiya Agentliyinə istinadla verdiyi məlumata görə, təhlilçilər Röytersin keçirdiyi rəy sorğusunda proqnoz ediblər ki, Amerikanın büdcə kəsiri ötən ayda 68 milyard dollara çatacaq.

Amerikanın büdcə kəsiri 2014-cü ilin noyabr ayında 57 milyard dollara çatmışdı.

Bu ölkənin büdcə kəsiri hazırkı maliyyə ilində 201 milyard dollara çatıb.

Amerikanın ötən ayda gəliri 205 milyard dollar və xərci isə 270 milyard dollar olub.

Teqlər