30 min türk tələbə Rusiyadan çıxarılıb
-
30 min türk tələbə Rusiyadan çıxarılıb
Türkiyə mediaları 30 min türk tələbənin Rusiyadan çıxarıldığını bildiriblər.
Səhər Beynəlxalq Televiziyasının Report saytına istinadla verdiyi məlumata görə, Rusiyanın müxtəlif şəhərlərində təhsil alan 30 min Türkiyə vətəndaşı Türkiyənin Təhsil Nazirliyinə məktub ünvanlayaraq, Rusiyanın bütün türk tələbələri ölkədən çıxarmağı nəzərdə tutduğunu bildirib.
Bu məlumata görə, Rusiyanın bəzi universitetində müəllimlər tələbələrə dərsə girmək icazəsi vermirlər.
Həmçinin bildirilir ki, təhsil ödənişini etdiyinə baxmayaraq türk tələbələrin müvəqqəti uçot müddəti uzadılmır.
Türkiyə ordusunun rus qırıcısını vurması Moskva və Ankara arasında bütün sahələrdə, o cümlədən elm və təhsil sahəsində əlaqələrin gərginləşməsi ilə nəticələnib.
Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü bildirib: Rusiyada təhsil alan Türkiyə vətəndaşı olan bütün tələbələr ölkədən çıxarılacaq. Lakin bu addım kürd olan Türkiyə vətəndaşlarına şamil olmur. Baxmayaraq ki, onlar bu ölkə vətəndaşlarıdır.