ABŞ-da təyyarənin qanadının bir hissəsi qopub
https://azeri.sahartv.ir/news/dünya-i200824-abŞ_da_təyyarənin_qanadının_bir_hissəsi_qopub
Southwest Airlines aviaşirkətinin təyyarəsi Amerikanın San-Antonio şəhərində (Texas ştatı) qəza enişi edib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Dek 15, 2015 05:37 Asia/Baku
  • ABŞ-da təyyarənin qanadının bir hissəsi qopub
    ABŞ-da təyyarənin qanadının bir hissəsi qopub

Southwest Airlines aviaşirkətinin təyyarəsi Amerikanın San-Antonio şəhərində (Texas ştatı) qəza enişi edib.

Lenta.ru-nun Airlive portalına istinadla verdiyi məlumata görə, uçuş zamanı laynerin qanadının bir hissəsi qopub.

“Boeing 737” Ostin-Harlinqen reysini həyata keçiridi. Göyərtədə 109 sərnişin və beş ekipaj üzvü olub. Hadisə nəticəsində xəsarət alan yoxdur”, - deyə, məlumatda qeyd olunur.

Sərnişinlərdən birinin sözlərinə görə, təyyarənin sol qanadının bir hissəsi qopub.

“Mən bir neçə nəfərin qanadın bir hissəsinin qopduğunu qışqırmasını eşitdim. Güclü turbulentlik yarandı”, - Lorentso Ernandes öz Facebook səhifəsində yazıb.

O qeyd edib ki, bəzi sərnişinlər dua etməyə, digərləri isə qanadı çəkməyə başlayıblar. Bir neçə dəqiqədən sonra vəziyyət sabitləşib və təyyarə yerə enib.