Lavrov: Yalnız Suriya xalqı öz gələcəyi barədə qərar verə bilər
https://azeri.sahartv.ir/news/dünya-i200989-lavrov_yalnız_suriya_xalqı_öz_gələcəyi_barədə_qərar_verə_bilər
Rusiya xarici işlər naziri Təhlükəsizlik Şurasında çıxışında deyib: Yalnız Suriya xalqı öz gələcəyi barədə qərar verə bilər.ı
(last modified 2024-03-01T10:29:49+00:00 )
Dek 19, 2015 05:47 Asia/Baku
  • Lavrov: Yalnız Suriya xalqı öz gələcəyi barədə qərar verə bilər
    Lavrov: Yalnız Suriya xalqı öz gələcəyi barədə qərar verə bilər

Rusiya xarici işlər naziri Təhlükəsizlik Şurasında çıxışında deyib: Yalnız Suriya xalqı öz gələcəyi barədə qərar verə bilər.ı

Səhər Beynəlxalq Televiziyasının məlumatına görə, Sergey Lavrov Suriya barəsində Təhlükəsizlik Şurasının qətnaməsinin təsdiqlənməsinə toxunaraq deyib: Bu qətnamə BMT-nin əsasnaməsinə əsasən Təhlükəsizlik Şurasında səsçoxluğu ilə təsdiqləndi və terrorçulara təzyiq göstərməkdə olanların hamısının səyinə əsasəndir.

Lavrov deyib: Qətnamənin məqsədi İŞİD və terror qruplaşmalarına maliyyə təminatına nəzarətin gücləndirilməsi, qeyri-qanuni ticarət yolu ilə onların maliyyə təminatı şəbəkələrinin kəsilməsidir.

Rusiya xarici işlər naziri əlavə edib: Terrorizmlə mübarizə dayanmadan davam etməlidir. Suriyada və yaxud hər bir yerdə terrorçuların yaxşı və pisə bölünməsi düzgün deyildir. Bu qətnamə həmçinin Suriya xalqına humanitar yardımlara şəraitin yaradılmasının vacibliyini vurğulayır.

Lavrov deyib: Önəmlidir ki, Təhlükəsizlik ŞUrasında bir daha Suriya Ərəb Respublikasının müstəqil hakimiyyəti vurğulandı.

"Biz bütün əməkdaşlardan istəyirik ki, əməkdaşlıq döründə etnik nifrətə səbəb olacaq açıqlamalara yol verməsinlər və terrorizmlə mübarizə və siyasi həll yolunu düşünsünlər. Bu strategiyadır və əgər biz öz geosiyasi mənafeyimizi irəlilətmək ardınca deyiliksə, Suriya xalqı və ölkəsini düşünək və başqa seçim yoxdur" -deyə lavro bildirib.