Rusiya vertolyotları Ermənistana göndərilib
Dek 21, 2015 16:46 Asia/Baku
-
Rusiya vertolyotları Ermənistana göndərilib
Rusiya Ermənistandakı hərbi bazalarından birini gücləndirmək məqsədilə öz hərbi helikopterlərindən altısını bu ölkəyə göndərib.
Ria Novosti-nin məlumatına görə, Rusiya bu ölkənin cənubundakı Krasnodar hərbi bazasından altı ədəd "Mİ-8 MT" tipli nəqliyyat vertolyotunu və "Mİ-24 P" tipli hərbi vertolyotu Ermənistanın Qumri hərbi bazasına göndərib.
Ötən həftə də Rusiya yeddi ədəd "MI-24" və "Mi-8" helikopterini Ermənistanın paytaxtı İrəvanın yaxınlğında yerləşən hərbi bazada yerləşdiribdir.
Rusiya Ermənistanda iki hərbi bazaya malikdir ki, onların biri, İrəvanın yaxınlğında, digəri isə Ermənistanın ikinci iri şəhəri olan və bu ölkənin şimal-qərbində, Türkiyə sərhədi yaxınlğında yerləşən Qumri şəhərindədir.
Teqlər