Türkiyənin ticarət naziri: Rusiya ilə əlaqələrdə böhran həll ediləcək
https://azeri.sahartv.ir/news/dünya-i201100-türkiyənin_ticarət_naziri_rusiya_ilə_əlaqələrdə_böhran_həll_ediləcək
Türkiyənin ticarət və gömrük məsələləri naziri bildirib ki, ola bilsin, Moskva ilə Ankara arasındakı böhran mart ayının gəlməsilə həll edilmiş olsun.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Dek 21, 2015 16:58 Asia/Baku
  • Türkiyənin ticarət naziri: Rusiya ilə əlaqələrdə böhran həll ediləcək
    Türkiyənin ticarət naziri: Rusiya ilə əlaqələrdə böhran həll ediləcək

Türkiyənin ticarət və gömrük məsələləri naziri bildirib ki, ola bilsin, Moskva ilə Ankara arasındakı böhran mart ayının gəlməsilə həll edilmiş olsun.

Əlnəşrə saytının məlumatına görə, Bülənt Tüfəngçi bu xəbəri verərək, iddia edib ki, Ankara Türkiyə və Rusiya xalqlarının bu böhrandan zərər çəkməmələri üçün əlindən gələni edəcək.

O, vuğulayıb ki, vəziyyət tədricən yaxşılaşacaq və Rusiya gömrüyündən geri qaytarılan əmtəə mallarının miqdarı son günlərdə azalıbdır.

Son zamanlar bir Rusiya bombardmançısının Türkiyə qırıcısı tərəfindən Suriyada vurulmasının ardınca Moskva ilə Ankara arasındakı əlaqələr gərginləşib və Rusiya Ankaraya qarşı iqtisadi sanksiyalar tətbiq edibdir.