Rusiya BAT-ın bu ölkənin Suriyadakı hava əməliyyatları haqdakı hesabatını rədd edib
-
Rusiya BAT-ın bu ölkənin Suriyadakı hava əməliyyatları haqdakı hesabatını rədd edib
Rusiyanın Müdafiə Nazirliyi Beynəlxalq Amnistiya Təşkilatının bir qrup mülkinin öldürüldüyü iddia olunan bu ölkənin Suriyadakı hava əməliyyatları haqdakı hesabatını əsassız və ağ yalan adlandırıb.
IRNA-nın məlumatına görə, Rusiyanın Müdafiə Nazirliyinin sözçüsü İqor Konaşenkov çərşənbə günü bir bəyanatda Beynəlxalq Amnistiya Təşkilatının iddiasını rədd edərək, bildirib: Beynəlxalq Amnistiya Təşkilatı öz hesabatında "böyük ehtimala qarşı, Rusiyanın hava hücumları" kimi cümlələrdən istifadə edib və nəticəsi, mülkilərin öldürülməsi olmalı olan bu hücumlar haqda heç bir konkret faktlar təqdim etməyibdir.
Rusiyanın Müdafiə Nazirliyinin sözçüsü əlavə edib: Bir çox Qərb mediası da Beynəlxalq Amnistiya Təşkilatının bu hesabatını yayıb və öz reportajlarında "ehtimal" kəlməsini götürərək, elə göstəribdir ki, güya, bu təşkilatın məlumatları qəti və yetərli faktlarla təqdim olunubdur.
Rusiyanın Müdafiə Nazirliyinin sözçüsü həmçinin Beynəlxalq Amnistiya Təşkilatının iddiasının inandırıcı olmamasına toxunaraq, deyib ki, bu təşkilat öz hesabatını telefon əlaqələri ilə uzaq məsafədən və yerli dırnaqarası insan haqları gözətçiləri vasitəsilə hazırlayıb və təbiidri ki, bu, mötəbər ola bilməz.
Rusiyanın kosmik-hava qüvvələri ötən səksən gündən çox bir müddətdə Suriyada terrorçulara, xüsuilə İŞİD-ə aid olan sursat və yanacaq anbarları, eləcə də komandanlıq mərkəzləri daxil olmaqla doqquz min kub metrə yaxın ərazini məhvedici dərəcədə bombalayıbdır.