Rusiya Türkiyənin İŞİD-ə maliyyə dəstəyi barədəki informasiyaları Fransaya verib
https://azeri.sahartv.ir/news/dünya-i201231-rusiya_türkiyənin_İŞİd_ə_maliyyə_dəstəyi_barədəki_informasiyaları_fransaya_verib
Rusiyanın Müdafiə Nazirliyi Türkiyənin İŞİD-ə maliyyə dəstəyi barədəki informasiyaları Fransaya verib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Dek 24, 2015 14:08 Asia/Baku
  • Rusiya Türkiyənin İŞİD-ə maliyyə dəstəyi barədəki informasiyaları Fransaya verib
    Rusiya Türkiyənin İŞİD-ə maliyyə dəstəyi barədəki informasiyaları Fransaya verib

Rusiyanın Müdafiə Nazirliyi Türkiyənin İŞİD-ə maliyyə dəstəyi barədəki informasiyaları Fransaya verib.

Sputnik xəbər agentliyinin məlumatına görə, Rusiyanın Müdafiə Nazirliyi bir bəyanat yararaq bildirib ki, bu ölkə Türkiyənin Suriyanın təbii mənbələrinin oğurlanması və terrorçu İŞİD qrupuna maliyyə dəstəyinin verilməsindəki rolu haqda lazımi informasiyaları Fransa hökumətinə təqdim edib.

Rusiyanın Müdafiə Nazirliyinin bəyanatında deyilir: Rusiya ordusunun baş qərargah rəisi general Valeri Gerasimov, satışından əldə olunan gəlirin İŞİD-in maliyyə cəhətdən dəstəklənməsinə sərf olunan Suriyanın milli mənbələrinin oğurlanması və Türkiyənin bu gedişdəki rolu haqda məlumatı təqdim edibdir.

Moskva bildiribdir ki, Ankara Suriya və İraqdan qanunsuz neftin ən mühüm alıcısıdır.

Rusiya qeyd edib ki, Türkiyənin prezidenti Rəcəb Tayyıb Ərdoğan və onun ailəsi birbaşa olaraq İŞİD ilə neft sövdələşmələrində rol oynayırlar.

Rusiyanın Müdafiə Nazirliyi bundan öncə kosmik təsvirlər yaymışdı ki, bu təsvirlər İŞİD-in 1700 yük maşınından istifadə edərək, iki yüz min barrel nefti müxtəlif ölkələrə, o sıradan Türkiyəyə ötürdüyünü göstərir.