Rusiya İŞİD-in "sarin" qazı əldə etməsi haqda təhqiqatın aparılmasını istəyib
https://azeri.sahartv.ir/news/dünya-i201441-rusiya_İŞİd_in_sarin_qazı_əldə_etməsi_haqda_təhqiqatın_aparılmasını_istəyib
Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü İŞİD-in "sarin" qazı əldə etməsində Türkiyənin rolunun ifşası barədə təhqiqatın aparılmasını istəyib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Dek 27, 2015 11:08 Asia/Baku
  • Rusiya İŞİD-in
    Rusiya İŞİD-in "sarin" qazı əldə etməsi haqda təhqiqatın aparılmasını istəyib

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü İŞİD-in "sarin" qazı əldə etməsində Türkiyənin rolunun ifşası barədə təhqiqatın aparılmasını istəyib.

Press TV-nin məlumatına görə, Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova şənbə günü Türkiyə parlamentinin üzvlərindən birinin İŞİD-in bu ölkə vasitəsilə "sarin" qazı əldə etməsini ifşa etməsinə toxunaraq, deyib: BMT və Kimyəvi Silahlardan İstifadənin Qadağan Edilməsi Təşkilatının birgə təhqiqatında Türkiyə parlamentinin bu üzvünün sözləri görməməzliyə vurulmamalıdır.