Lavrov ABŞ-ın terrorizmlə mübarizə üzrə funksiyasını tənqid edib
Rusiya xarici işlər naziri deyib: Amerikanın funksiyası terrorizmlə mübarizədə ciddi maneəyə çevrilib.
Səhər Beynəlxalq Televiziyasının Sputnik İnformasiya Agentliyinə istinadla verdiyi məlumata görə, Sergey Lavrov çərşənbə günü deyib: Özünü ayrı xalq hesab edən və digər ölkələri öz nəzarətində saxlaya biləcəyini sanan ABŞ-ın bu funksiyası terrorizmlə mübarizə üçün səylərin uğur qazanmasına mane olur.
Lavrov əlavə edib: ABŞ-ın başçılıq etdiyi koalisiyanın Suriya və İraqda İŞİD terror qruplaşması ilə mübarizəsi də həmin funksiyadan qaynaqlanır.
ABŞ və müttəfiqləri 2014-cü ildən Suriya və İraqda İŞİD terror qruplaşmasının mövqelərinə hücum üçün koalisiya yaradıblar. İŞİD mövqelərinə hücumla yanaşı bu koalisiya Suriya hökumətinin silahlı müxaliflərinə dəstəyi də öz gündəminə salmışdır.
ABŞ və müttəfiqlərinin Suriya hökumətinin silahlı müxaliflərini dəstəkləməsi Yaxın Şərqdə terror qruplaşmalarının güclənməsində əsaslı rolu oynayıb.