Amerikada təhlükəsizlik tədbirləri gücləndirilib
Dek 31, 2015 18:21 Asia/Baku
Amerikanın təhlükəsizlik rəsmiləri yeni milad ili ərəfəsində bu ölkədə təhlükəsizlik tədbirlərini gücləndiriblər.
Sin-Xua-nın məlumatına görə, adının gizli qalmasını istəyən Amerikanın təhlükəsizlik rəsmilərindən biri həmçinin deyib: Yeni milad ili tətillərində Amerikanın Nyu-York, Los-Anceles və Vaşinqton daxil olmaqla üç böyük şəhərində terror hücumu ehtimalına dair xəbərdarlıqlar əldə olunub.
O, əlavə edib: Yeni milad ili şənliklərinin keçirildiyi məkanlarda təhlükəsizlik tədbirləri gücləndirilibdir.
Məlumatlara görə, yeni milad ili şənliyi üçün altı mindən çox polis qüvvəsi Nyu-Yorkda və Tayms meydanı ətrafında yerləşdirilib.