Amerikanın Şeyx Nimrin edamına reaksiyası
Yan 03, 2016 09:46 Asia/Baku
ABŞ Dövlət Departamentinin sözçüsü Ərəbistanın şiə ruhanisi Şeyx Nimr Baqir Əl-Nimrin edam olunmasını nigaranedici adlandırıb və bildirib ki, bu addımın çəkişmələrin şiddətlənməsi ilə nəticələnməsi təhlükəsi var.
IRNA-nın Röyters-ə istinadlı məlumatına görə, ABŞ Dövlət Departamentinin sözçüsü Con Kerbi şənbə günü bir bəyanatda bildirib ki, bu departament Ərəbistanın şiə ruhanisi Şeyx Nimr Baqir Əl-Nimrin edam olunmasının regionda, xüsusən Ərəbistanda çəkişmənin artması ilə nəticələnəcəyindən nigarandır.
ABŞ Dövlət Departamentinin sözçüsü bu bəyanatda Şeyx Nimrin edam olunmasını birbaşa surətdə pisləmədən Ərəbistan dövlətindən istəyirbdir ki, insan haqalarına hörmət edərək, müxaliflərə dinc ifadə icazəsi versin.