400 min ukraynalı Rusiyadan sığınacaq istəyib
https://azeri.sahartv.ir/news/dünya-i202815-400_min_ukraynalı_rusiyadan_sığınacaq_istəyib
2014-cü ilin aprelindən Ukraynanın şərqində dövlət və müxalifət qüvvələri arasında silahlı toqquşmaların başlanması Ukrayna xalqının digər ölkələrə, xüsusən Rusiyaya mühacirət təmayülünün günbəgün artmasına səbəb olub.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Yan 03, 2016 18:27 Asia/Baku
  • 400 min ukraynalı Rusiyadan sığınacaq istəyib
    400 min ukraynalı Rusiyadan sığınacaq istəyib

2014-cü ilin aprelindən Ukraynanın şərqində dövlət və müxalifət qüvvələri arasında silahlı toqquşmaların başlanması Ukrayna xalqının digər ölkələrə, xüsusən Rusiyaya mühacirət təmayülünün günbəgün artmasına səbəb olub.

Rusiyanın Mühacirət Agentliyi şənbə günü bildirib ki, Ukrayna xalqından 419 min nəfər xarici ölkələrdə mühacirlik anketini doldurubdur ki, bu miqdardan 400 min nəfər Rusiyaya mühacirət etmək istəyir. Bu agentliyin bildirişinə görə, Rusiyada 2,6 milyon ukraynanlı yaşayır ki, onların yarısı Ukrayna böhranı gedişində bu ölkəni tərk edib.

BMT-nin Mühacirət Agentliyinin statistikası göstərir ki, Rusiya Almaniyadan sonra dünyada mühacir qəbul edən ikinci ölkədir.

Ukraynada geniş korrupsiya və iri borclar, eləcə də iqtisadi durğunluq və ağır vəziyyətə görə, çoxlu sayda ukraynalı ölkədən çıxmaq istəyir. Məlumatlara əsasən, Ukrayna ən korrupsiyalaşmış Avropa ölkəsidir və dünyanın 30 korrupsiyalaşmış ölkəsi arasında yerləşir.