Yan 10, 2016 13:19 Asia/Baku
  • Paris və Haaqada Ali-Səud əleyhinə aksiyalar
    Paris və Haaqada Ali-Səud əleyhinə aksiyalar

Fransa və Hollandiyada müsəlman kəsim Ali-Səud rejiminin cinayətlərinə və tanınmış şiə ruhani Şeyx Nimr Baqir əl-Nimri edam etmək üzrə hərəkətinə etiraz olaraq, aksiya keçiriblər.

İRİB-nin məlumatına görə, yüzlərlə müsəlman şənbə günü Parsdə Ərəbistan səfirliyinin yaxınlığında aksiya keçirərək, Ali-Səud rejiminin cinayətlərini qınayıblar. Bu etiraz aksiyası Fransa polisinin ciddi təhlükəsizlik tədbirləri ilə yanaşı olub.

Aksiya iştirakçıları mübariz ruhani Şeyx Nimrin edam edilməsinə etiraz olaraq, Fransa dövlətindən istəyiblər ki, Ərəbistanın cinayətlərinə münasibət bildirsin.

Hollandiyanın Haaqa şəhərində də yüzlərlə nəfər Ali-Səudun cinayətlərinə etiraz olaraq aksiya keçirib.

Teqlər