Amerikada analoqu olmayan borc böhranı
Yan 11, 2016 19:10 Asia/Baku
Amerikada iqtisadiyyat sahəsində fəaliyyət göstərən bir təşkilat ölkənin misilsiz borc böhranı ilə üzləşməsindən xəbər verib.
Gənc Jurnalistlər Klubunun verdiyi məlumata görə, "Economy in Crysis" təşkilatı bir hesabat yayaraq, bildirib: Azad ticarət, federal dövlətin uğursuz iqtisadi siyasətləri və istehlakın yüksək olması bu ölkənin borc böhranı ilə üzləşməsinə səbəb olub.
Economy in Crysis təşkilatı daha sonra bildirir: ABŞ dövlətinin ümumi borcu 17 trilyon dollardan çoxdur və qarşıdan gələn illər ərzində bu miqdarın daha da artacağı gözlənilir.
Economy in Crysis təşkilatı ABŞ-ın borclarının artmasına işarə edib və deyib: ABŞ-ın federal dövləti daha artıq borc alma börhanı və dövlət büdcəsində kəsrin artması ilə üzləşib.