BMT Avropa ölkələrində "zika" virusunun yayılması barədə xəbərdarlıq etdi
https://azeri.sahartv.ir/news/dünya-i206608-bmt_avropa_ölkələrində_zika_virusunun_yayılması_barədə_xəbərdarlıq_etdi
Amerikada "zika" virusuna ilk yoluxma halının qeydə alınması ilə, Ümumdünya Səhiyyə Təşkilatı bu xəstəliyin bahar və yay fəslində Avropa ölkələrində yayılması ehtimalı barədə xəbərdarlıq edərək, vaxtında tədbirlərin görülməsini istəyib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Fev 04, 2016 07:15 Asia/Baku
  • BMT Avropa ölkələrində
    BMT Avropa ölkələrində "zika" virusunun yayılması barədə xəbərdarlıq etdi

Amerikada "zika" virusuna ilk yoluxma halının qeydə alınması ilə, Ümumdünya Səhiyyə Təşkilatı bu xəstəliyin bahar və yay fəslində Avropa ölkələrində yayılması ehtimalı barədə xəbərdarlıq edərək, vaxtında tədbirlərin görülməsini istəyib.

İRNA-nın məlumatına görə, Ümumdünya Səhiyyə Təşkilatının Avropa ofisinin başçısı Suzanna Yakop çərşənbə günü "zika" virusuna qarşı heç bir vaksin olmadığını vurğulayaraq, Avropa ölkələri rəsmilərindən istəyib ki, bu virusun kökünü kəsmək üçün lazımi tədbirlər görsünlər.

S.Yakop əlavə edib: indiyə kimi bu virusa yoluxan bir çox insan Avropa ölkələrinə səfər edib. Amma, havanın münasib olmamasına görə, bu virusun daşıyıcıları olan ağcaqanadlar hələ aktivləşməyiblər.

Ümumdünya Səhiyyət Təşkilatının direktoru da fövqəladə iclasda "zika" virusunun yayılması nəticəsində ortaya çıxan əsəb və beyin problemlərinə işarə edərək, yaranmış vəziyyəti nigaran edici adlandırıb və dərhal beynəlxalq koordinasiya əsasında lazımi tədbirlərin görülməsini istəyib.