Rusiya ABŞ ilə onun müttəfiqlərini Suriyaya hücumdan çəkinməyə çağırıb
https://azeri.sahartv.ir/news/dünya-i207781-rusiya_abŞ_ilə_onun_müttəfiqlərini_suriyaya_hücumdan_çəkinməyə_çağırıb
ABŞ ilə müttəfiqlərinin Suriyaya qarşı quru hücumunu dəstəkləmələri ilə bir vaxtda Rusiyanın baş naziri belə bir hərəkət və onun region və dünya üçün nəticələri haqda xəbərdarlıq edib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Fev 14, 2016 06:09 Asia/Baku
  • Rusiya ABŞ ilə onun müttəfiqlərini Suriyaya hücumdan çəkinməyə çağırıb
    Rusiya ABŞ ilə onun müttəfiqlərini Suriyaya hücumdan çəkinməyə çağırıb

ABŞ ilə müttəfiqlərinin Suriyaya qarşı quru hücumunu dəstəkləmələri ilə bir vaxtda Rusiyanın baş naziri belə bir hərəkət və onun region və dünya üçün nəticələri haqda xəbərdarlıq edib.

Rossiya Seqodnya xəbər agentliyinin məlumatına görə, Rusiyanın baş naziri Dmitri Medvedyev şənbə günü Sloveniyanın prezidenti Borot Paxor ilə görüşdə Suriyaya qarşı quru hücumu barədə deyib: Bu, müzakirə yolundan geri dönmək və qeyri-düzgün bir hərəkətdir ki, Suriya böhranının şiddətlənməsinə səbəb olacaq.

Rusiyanın baş naziri Suriyaya qarşı quru hücumundan danışan ölkələri tənqid edərək, deyib: Münhendə Suriyanın himayəçiləri qrupunun son iclasında Suriya barədə razılığın əldə olunmasına rəğmən, bəzi ölkələr təhdid edirlər ki, əgər onların nəzərdə tutduqları addımlar atılmazsa, Suriyada quru əməliyyatı həyata keçirəcəklər.

Son günlər Ərəbistan və Türkiyə başçıları İŞİD terror qrupu ilə mübarizə bəhanəsilə Suriyada quru əməliyyatında iştirak imkanından danışıblar.

Belə bir halda, Türkiyə şənbə günü gecə bildirdi ki, Suriyanın daxilində kürd qrupların mövqelərini gülləbaran edibdir.

Həmçinin Ərəbistanın müdafiə naziri və Yəmənə təcavüz edən koalisiyanın sözçüsü Əhməd Ələsiri təsdiq edibdir ki, bu ölkənin hərbi təyyarələri Suriyaya hücumda iştirak üçün Türkiyənin İncirlik bazasına daxil olublar.

Son həftələrdə Suriyada Ərəbistan və Türkiyənin dəstək verdikləri terror qruplarının məğlubiyyətlərinin şiddətlənməsindən sonra iki ölkə öz hərbçilərinin Suriyada iştirakı planını irəli sürübdür.