Rusiya Suriyanın şimalının Türkiyə tərəfindən bombalanmasını aşkar qanunsuzluq adlandırıb
https://azeri.sahartv.ir/news/dünya-i208138-rusiya_suriyanın_şimalının_türkiyə_tərəfindən_bombalanmasını_aşkar_qanunsuzluq_adlandırıb
Rusiya Xarici İşlər Nazirliyi bildirib ki, Türkiyənin Suriyanın şimalına qarşı mərmi hücumları aşkar qanunsuzluqdur.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Fev 17, 2016 10:21 Asia/Baku
  • Rusiya Suriyanın şimalının Türkiyə tərəfindən bombalanmasını aşkar qanunsuzluq adlandırıb
    Rusiya Suriyanın şimalının Türkiyə tərəfindən bombalanmasını aşkar qanunsuzluq adlandırıb

Rusiya Xarici İşlər Nazirliyi bildirib ki, Türkiyənin Suriyanın şimalına qarşı mərmi hücumları aşkar qanunsuzluqdur.

Rusiyanın Ria-Novosti informasiya agentliyi Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarovaya istinadla bildirib ki, hazırda Suriya-Türkiyə sərhədində baş verən hadisələr aşkar bir qanunsuzluqdur.

O, əlavə edib: Türkiyə sərhəd boyu yerləşən mənzilləri bombalayır və pul, qüvvə və təchizatı oraya köçürür.

Belə bir halda, Venesuelanın BMT-dəki daimi nümayəndəsi və Təhlükəsizlk Şurasının dövri sədri Rafael Ramires Kazino bu şura üzvlərinin də Suriya ərazisinin Türkiyə tərəfindən gülləbaran edilməsindən nigaran olduqlarını bildirib.

O, deyib: Təhlükəsizlk Şurasına üzv ölkələr razılığa gəliblər ki, Türkiyədən beynəlxalq qanunlara hörmət etməsini istəsinlər.

Təhlükəsizlk Şurası çərşənbə axşamı günü gecə Rusiyanın xahişi ilə bağlı qapılar arxasında Suriya ərazisinin Türkiyə tərəfindən gülləbaran edilməsi barədə məşvərət keçirib.

Şura eyni zamanda bu artilleriya atəşini pisləyən rəsmi bəyanat yaymayıb, amma Kazino deyib ki, Təhlükəsizlk Şurasına üzv 15 ölkə fərqli səviyyələrdə nigaranlıq edib və onların hamısı bu gülləbaranın pislənilməsi barədə razılığa gəlib.