Fev 28, 2016 12:49 Asia/Baku
  • Lavrov İŞİD-i məğlub etmək üçün dünya ictimaiyyətinin birləşməsinə təkid edib
    Lavrov İŞİD-i məğlub etmək üçün dünya ictimaiyyətinin birləşməsinə təkid edib

Rusiya xarici işlər naziri deyib: Dünya ictimaiyyəti İŞİD terror qruplaşmasını məğlub etmək üçün birləşməlidir.

Sputnik informasiya agentliyinin Moskvadan verdiyi məlumata görə, Rusiya xarici işlər naziri Sergey Lavrov bazar günü mətbuat konfransında deyib: Beynəlxalq ictimaiyyət ixtilafları bir kənara qoymalı və heç bir ilkin şərt olmadan İŞİD və digər terror qruplaşmalarını məğlub etmək üçün birləşməlidir.

Lavrov daha sonra Əlcəzayirə olan səfərinə və terrorizm ilə mübarizə sahəsində iki ölkə arasındakı əməkdaşlıqlara işarə edərək, deyib: Rusiya və Əlcəzayirin birgə səyləri terrorizm ilə mübarizə üzrə beynəlxalq səylərə kömək etmiş olacaq.

Rusiya xarici işlər naziri Sergeyl Lavrov Əlcəzayir rəsmiləri ilə görüşüb, təhlükəsizlik, enerji və mədəniyyət sahələri üzrə əməkdaşlıqların genişləndirilməsi haqda onlarla danışıqlar aparmaq üçün sabah bu ölkəyə səfər etməlidir.

Rusiya və Əlcəzayir rəsmiləri bu səfər zamanı həmçinin, Əlcəzayirdə atom elektrik stansiyasının quraşdırılması ehtimalı barədə də danışıqlar aparmalıdırlar.

Teqlər