Larvov Türkiyədən Suriyaya silah qaçaq edilməsinin qarşısının alınmasını istədi
Rusiya xarici işlər naziri Sergey Lavrov Türkiyədən Suriyaya terror qruplaşmalarının istifadəsi üçün silah qaçaq edilməsinin qarşısının alınmasını istəyib.
Ren TV telekanalının məlumatına görə, Lavrov çərşənbə axşamı günü BMT İnsan Haqları Şurasının Cenevrə iclasında deyib: Türkiyə birbaşa olaraq Suriyada terror qruplaşmalarını dəstəkləyir və bu ölkənin hərəkətləri bir neçə gün öncədən icraya qoyulan Suriya sülh layihəsini təhlükəyə atıb.
Rusiya xarici işlər naziri xatırladıb: Hazırkı şəraitdə əsas məqsəd Suriyada terror qruplaşmalarının xaricdən silahla təmin edilməsinin qarşısını almaqdır. Bu məqsədlə terrorçulara qaçaq yolla silahlar göndərilən Suriya-Türkiyə sərhədlərini bağlamaq lazımdır.
O deyib: Türkiyə bu silahların bir hissəsini humanitar yardım karvanları adı altında Suriyaya göndərir.
Lavrov bildirib: Türkiyə bu ölkədən Suriyaya silah göndərilməsinə dair ifşaçılıq edən jurnalistlər barəsində cinayət işi açır və həbs edir. Bu Türkiyədə ifadə azadlığının vəziyyətidir ki, jurnalistlər və media mənsubları ilə belə rəftar olunur.