Amerikalı mütəfəkkirin Trampın xətərləri barədə xəbərdarlığı
-
Amerikalı mütəfəkkirin Trampın xətərləri barədə xəbərdarlığı
Amerikalı mütəfəkkir və universitet müəllimi Nuam Çamski Respublikaçılar Partiyasının milyarder namizədinin ABŞ prezident seçkilərində qələbəsinin təhlükələri haqda xəbərdarlıq edib.
Alternet internet saytının məlumatına görə, bu amerikalı mütəfəkkir Trampı insan haqları və ətraf mühit üçün bir xətər adlanıdırıb və bildirib ki, əgər o, seçkilərdə qələbə qazanarsa, bəşəriyyəti olduqca dərin problemlərə qərq edəcəkdir.
Bu universitet müəllimi həmçinin deyib ki, Trampın Meksika sərhədində divarın çəkilməsi, müsəlmanların Amerikaya daxil olmalarının qadağan edilməsi və işgəncəyə icazənin verilməsi üzrə mövqeləri yaxşı nəticələrə gətirib çıxarmayacaqdır.
Çamski vurğulayıb: Barmağı düymənin üzərində olan, dünyanı məhv edə biləcək və öz qərarları ilə geniş təsirlər qoyacaq vəhşi bir şəxsin prezident olmasını təsəvvür etmək olduqca qorxunc bir perspektivdir.
Donald Tramp hazırda Respublikaçılar Partiyasının ilkin seçkilərində 14 ştatda qalib gəlib və onun seçkilərdə respublikaçıların yekun namizədi kimi seçilməsi daha çox ehtimal olunur.