Almaniyada Türkiyə hökuməti əleyhinə aksiyalar
https://azeri.sahartv.ir/news/dünya-i210955-almaniyada_türkiyə_hökuməti_əleyhinə_aksiyalar
Almaniya paytaxtında yüzlərlə nəfər Türkiyə hökumətinin repressiv siyasətlərinə qarşı aksiya keçirib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Mart 13, 2016 06:45 Asia/Baku
  • Almaniyada Türkiyə hökuməti əleyhinə aksiyalar
    Almaniyada Türkiyə hökuməti əleyhinə aksiyalar

Almaniya paytaxtında yüzlərlə nəfər Türkiyə hökumətinin repressiv siyasətlərinə qarşı aksiya keçirib.

Press TV-nin məlumatına görə, Almaniya paytaxtı Berlin şəhərinin yüzlərlə sakini şənbə günü küçələrə axışaraq Türkiyə hökuməti tərəfindən kürdlərin repressiya edilməsini pisləyib.

Etirazçılar Türkiyədə kürdlərin repressiyasına son qoyulmasını tələb edib və bu ölkə hökumətindən kürdlərin həyatına çox güclü şəkildə təsir göstərən cənub-şərqdə əməliyyatı dayandırmasını istəyiblər.

Aparılan hesablamalara görə, 2015-ci il iyul ayından indiyə qədər terrorizmlə mübarizə əməliyyatı adı altında 1250 PKK üzvü öldürülmüşdür.

Bu əməliyyatda onlarla Türkiyə təhlükəsizlik qüvvəsi də həlak olmuşdur.