Moqerini: İranın raket sınağı nüvə anlaşmasının pozulması demək deyildir
Avropa İttifaqının xarici siyasət üzrə koordinatoru vurğulayıb ki, İranın raket sınağı nüvə anlaşmasını pozmur.
Livanın Ələhd xəbər portalının məlumatına görə, Avropa İttifaqının xarici siyasət üzrə koordinatoru Federika Moqeirini bazar ertəsi günü Brüsseldə Avropa İttifaqı xarici işlər nazirlərinin aylıq yığıncağında deyib ki, İranın son raket sınaqlarının nüvə anlaşması ilə əlaqəsi yoxdur və onu pozmur.
Sepah ötən həftə "Vilayət iqtidarı" adlı raket sınağı keçirdi və bu manevr zamanı öncədən təyin olunmuş hədəflərə doğru bir neçə uzaq mənzilli ballistik raket atıldı.
Moqerini bildirib ki, nüvə anlaşmasını izləmək üçün aprelin 16-da İrana səfər edəcək.
Avropa İttifaqının xarici siyasət üzrə koordinatoru həmçinin Türkiyədəki terror partlayışı qurbanlarının ailələri, bu ölkənin xalqı və dövləti ilə həmrəyliyini bildirərək, deyib: Türkiyənin baş naziri Əhməd Davudoğlunun da iştirak edəcəyi Avropa Şurasının cüməgünkü iclasında terrorizm məsələsi araşdırılacaq mövzulardan olacaqdır.