Trampın müqəvvası Meksikada yandırıldı
https://azeri.sahartv.ir/news/dünya-i212695-trampın_müqəvvası_meksikada_yandırıldı
Meksikada keçirilən bir aksiya zamanı 2016-cı il üçün Amerikada keçiriləcək prezident seçkilərinin respublikaçı namizədi Donald Trampın müqəvvası yandırılıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Mart 27, 2016 13:47 Asia/Baku
  • Trampın müqəvvası Meksikada yandırıldı
    Trampın müqəvvası Meksikada yandırıldı

Meksikada keçirilən bir aksiya zamanı 2016-cı il üçün Amerikada keçiriləcək prezident seçkilərinin respublikaçı namizədi Donald Trampın müqəvvası yandırılıb.

Röyters-in verdiyi məlumata görə, meksikalılar şənbə günü, xalqın dini inanclarına görə şər qüvvələrin simvollarının yandırıldığı dini bir mərasimdə 2016-cı il üçün Amerikada keçiriləcək prezident seçkilərinin respublikaçı namizədi Donald Trampın müqəvvası yandırılıb. Tramp seçki rəqabətləri zamanı meksikalıları təhqir etmişdi.

Meksikada keçirilən bu dini mərasimlər zamanı yandırılan müqəvvalar əsasən mənfur siyasətçilərin müqəvvaları olur.

Tramp meksikalı mühacirləri fırıldaqçı adlandırıb və prezident seçiləcəyi təqdirdə Amerika-Meksika sərhədlərini divar ilə bağlayacağını bildirib.

Meksika prezidenti Enrique Pena Nieto da Trampın bu sözlərinə reaksiya olaraq, iki ölkə sərhədində çəkiləcək divarın pulunu ödəməklə bağlı səsləndirilən iddiaları rədd edərək, Trampın danışıq tərzinin diktatorların ədəbiyyatına bənzədiyini bildirib.