Rusiya: Türkiyə-Suriya sərhədləri bağlansın
https://azeri.sahartv.ir/news/dünya-i215113-rusiya_türkiyə_suriya_sərhədləri_bağlansın
Rusiyanın BMT-dəki daimi nümayəndəsi Türkiyə-Suriya sərhədlərinin bağlanmasını istədi.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Apr 15, 2016 06:09 Asia/Baku
  • Rusiya: Türkiyə-Suriya sərhədləri bağlansın
    Rusiya: Türkiyə-Suriya sərhədləri bağlansın

Rusiyanın BMT-dəki daimi nümayəndəsi Türkiyə-Suriya sərhədlərinin bağlanmasını istədi.

Asoşeyted Press-in verdiyi məlumata görə, Vitali Çurkin cümə axşamı BMT Təhlükəsizlik Şurasının iclasında xarici terrorçuların Suriyadakı terror qruplaşmalarına qoşulmasına mane olmaq, Suriyaya silah göndərilməsi önləmək və Suriyadan tarixi əsərlərin çıxarılmasının qarşısını almaq üçün Suriya-Türkiyə sərhədlərinin bağlanmasını istəyib.

V.Çurkin həmçinin deyib: BMT-yə üzv ölkələr İŞİD terror qruplşmasına qarşı iqtisadi və ticarət sanksiyaları tətbiq etməlidirlər.

Rusiyanın BMT-dəki nümayəndəsi son zamanlar BMT TŞ-yə ünvanlanmış bir məktubda Türkiyə yolu ilə Suriyaya silah göndərildiyini iddia edib.