Putin Suriya-Türkiyə sərhədinin bağlanmasını istəyib
https://azeri.sahartv.ir/news/dünya-i215659-putin_suriya_türkiyə_sərhədinin_bağlanmasını_istəyib
Rusiya prezidenti Suriyanın son dəyişiklikləri barədə amerikan həmkarı ilə telefon söhbətində yaraqlı ünsürlərin gediş-gəlişlərinin qarşısını almaq hədəfilə Suriya-Türkiyə sərhədinin bağlanmasını istəyib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Apr 19, 2016 10:06 Asia/Baku
  • Putin Suriya-Türkiyə sərhədinin bağlanmasını istəyib
    Putin Suriya-Türkiyə sərhədinin bağlanmasını istəyib

Rusiya prezidenti Suriyanın son dəyişiklikləri barədə amerikan həmkarı ilə telefon söhbətində yaraqlı ünsürlərin gediş-gəlişlərinin qarşısını almaq hədəfilə Suriya-Türkiyə sərhədinin bağlanmasını istəyib.

Təsnim xəbər agentliyinin Fransa xəbər agentliyinə istinadlı məlumatına görə, ABŞ və Rusiya prezidentləri Barak Obama və Vladimir Putin bazar ertəsi günü telefonla Suriyada atəşkəs barədə danışıblar.

Kreml bir bəyanatda bildirib ki, Putin bu telefon söhbətində sözdə "mötədil" müxaliflərin Cibhətunnusrə və İŞİD terror qruplarından aralanmaları vacibliyini vurğulayıb.

Putin həmçinin silahlı ünsürlərin silahlanmalarının davam etməsi və onların gediş-gəlişlərinin qarşısını almaq hədəfilə Suriya-Türkiyə sərhədinin bağlanmasını istəyib.

Türkiyənin baş naziri Rusiya prezidentinin Suriya-Türkiyə sərhədinin bağlanması zərurəti haqdakı çıxşını tənqid edib.