Lavrov: Ankara-Moskva əlaqələri üçün gələcək görmürəm
Rusiya xarici işlər naziri: Türkiyənin son siyasətləri bu ölkə ilə əlaqələr üçün münasib perspektivi yaratmır.
Röytersin məlumatına görə, Rusiya xarici işlər naziri Sergey Lavrov deyib: Türkiyənin son bir neçə ayda Moskva əleyhinə siyasətlərini nəzərə aldıqda türklərlə yaxın gələcəkdə yenidən dinc əlaqələri qurmağın mümkün olduğu müşahidə olunmur.
Rusiyanın Su 24 qırıcı təyyarəsinin Suriya hava zolağında Türkiyə tərəfindən vurulması Ankara-Moskva əlaqələrinin gərginləşməsi ilə nəticələnib.
Türkiyə hadisə ardınca Rusiyanın Türkiyənin hava zolağını pozduğunu bildirib. Lakin Rusiya bu iddianı təkzib edib və bildirib ki, Rusiya qırıcı təyyarəsi Türkiyənin 1 km sərhədində Suriya ərazisində vurulub.
Moskva bu hadisə ardınca Ankara əleyhinə iqtisadi embarqolar tətbiq edib. Ankara dəfələrlə birbaşa və dolayısı ilə Rusiyada öz bazarlarını qorumaq üçün Moskva ilə dil tapmağa çalışıb.