Apr 27, 2016 09:37 Asia/Baku
  • Lesbos adasında miqrantlarla polis arasında qarşıdurma
    Lesbos adasında miqrantlarla polis arasında qarşıdurma

Yunanıstanın Lesbos adasında saxlanılan miqrantlar polis məmurları ilə toqquşublar.

Yunanıstan daxili işlər naziri Panagiotis Kouroumblis və Hollandiyanın miqrant nazirinin hər həftə rəsmilərin yaxından tanış olduqları Moria miqrant mərkəzinə baxış keçirmələrindən bir neçə saat sonra miqrantlarla polis məmurları arasında insident yaşanıb.

Bu insident nəticəsində düşərgədən qatı tüstü səmanı bürüyüb.

Bölgə polisinin sözçüsü bildirib: Bu tüstü mövcud vəziyyətə etiraz edən miqrantların zibil yeşiklərini yandırması ilə əlaqədardır.

Makedoniyanın Yunanıstanla sərhədlərinin bağlandığı mart ayının əvvəlindən şimal və qərb Avropa ölkələrinə getmək istəyən minlərlə miqrant Yunanıstanda qalmışdır.

17 martda Avropa Birliyi ilə Türkiyə arasında imzalanan anlaşma çərçivəsində bu miqrantların çoxu Lesbos adasında Moria düşərgəsində saxlanılır ki, buradan Türkiyəyə qaytarılsın.

Teqlər